Apasport saytına istinadən Icma.az xəbər verir.
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün üçüncü yarış gününün görüşləri baş tutacaq.
Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında Azərbaycanı iki çəki dərəcəsində ümumilikdə 3 cüdoçu təmsil edəcək.
Qadınların -57 kq çəki dərəcəsində Xədicə Qədəşova mübarizəyə 1/32 finaldan başlayacaq. Onun ilk rəqibi Qırğızıstan təmsilçisi Janar Joldoşeva olacaq.
Kişilərin -73 kq çəki dərəcəsində Hidayət Heydərov da ilk görüşünü 1/32 finalda keçirəcək. Olimpiya çempionunun rəqibi kosovolu Akil Qyakova olacaq.
Eyni çəkidə mübarizə aparan Rəşid Məmmədəliyev isə yarışa 1/16 finaldan qoşulacaq. O, Adil Osmanov (Moldova) – Castin Lemir (Kanada) cütünün qalibi ilə qarşılaşacaq.
Üçüncü yarış gününün təsnifat mərhələsi saat 10:30-da başlayacaq. Medal qarşılaşmalarının yer aldığı final blokuna isə saat 18:00-da start veriləcək.
Görüşlər “CBC Sport” və “Judo TV” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Bakı-2026 dünya çempionatının biletləri “iTicket.az” platformasında satışdadır.
Nizami İmranov dünya çempionatında mübarizəni dayandırdı - YENİLƏNİB Dünya çempionatında II gün: 4 cüdoçumuz tatamiyə çıxacaq Əhməd Yusifov dünya çempionu oldu - YENİLƏNİB Şəfəq Kərimova mübarizəni dayandırdı DÇ: Cüdoçularımızın ilk rəqibləri müəyyənləşib