Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan cüdoçusu Elcan Hacıyev Bakıda keçirilən dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb.
Moderator.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/32 final mərhələsində ABŞ təmsilçisi Aleksander Knaufla qarşılaşıb.
Rəqibini məğlub edən E.Hacıyev 1/16 finala yüksəlib.
Cüdoçumuz bu mərhələdə kanadalı Kiqan Yanqla üz-üzə gələcək.