Dünya Çempionatı: Əli Cavadlıdan növbəti qələbə

28.07.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında ikinci görüşündə də qələbə qazanıb.

Apasport.az xəbər verir ki, 45 kq çəki dərəcəsində çıxış edən güləşçimiz daha əvvəl təsnifat mərhələsində Bolqarıstan təmsilçisi Oqnyan Burqazovu 9:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlmişdi. 
Əli Cavadlı gürcüstanlı rəqibini də eyni hesabla məğlub edərək adını 1/4 finala yazdırıb.

Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir.

Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi mübarizə aparır. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

DÇ-nin ikinci günü: 8 güləşçimiz xalçaya çıxacaq İsfahan Həsənov finalda - YENİLƏNİB Güləş üzrə dünya çempionatının açılış mərasimi keçirilib Dünya Çempionatı: Orxan Həbibli yarımfinalda Ömər Salmanov yarımfinalda – DÇ-da medal uğrunda mübarizə aparacaq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью