Dünya çempionatı: Fransa Seneqala qarşı

16.06.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 16 iyun, AZƏRTAC

Bu gün və sabah futbol üzrə dünya çempionatında növbəti oyunlar keçiriləcək.

AZƏRTAC xəbər verir ki, I qrupunda Fransa Seneqalla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qrupun digər matçında isə 02:00-da İraq Norveçlə üz-üzə gələcək.

J qrupunda 05:00-da Argentina Əlcəzairlə münasibətlərini aydınlaşdıracaq.

Saat 08:00-da isə eyni qrupda Avstriya İordaniya ilə oynayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью