Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
FİFA-nın tarixdə ilk olan 15 yaşlılar arasında dünya çempionatının təşkilatçılıq hüququnu Azərbaycana verdiyini xəbər vermişdik. Bəli, ölkəmiz aşağı yaşlılar arasında daha bir mundiala evsahibliyi edəcək. turnir bu il oktyabrın 22-31-i aralığında keçiriləcək.
DÇ-nin matçları hansı stadionlarda keçiriləcək? AFFA mundialla bağlı təşkilat komitəsi yaradıbmı?
“Football-plus.az” bu suallara cavab tapmaq üçün qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundovla əlaqə saxlayıb:
“Bu qərar iki gün əvvəl verilib. Detalları söyləmək üçün bir müddət gözləməliyik. Növbəti həftələrdə bununla bağlı açıqlama olacaq”.
Qeyd edək Azərbaycan həm də 2027-ci ildə təşkil olunacaq U-20-lər arasında dünya çempionatına Özbəkistanla birgə evsahibliyi edəcək.
İSRAYIL XEYRULLAYEV