Dünya çempionatı: Həsrət Cəfərov final görüşünə çıxacaq

21.09.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatının sonuncu günündə Azərbaycanın daha bir yunan-Roma güləşçisi xalça üzərinə çıxacaq.

Fanat.Az xəbər verir ki, Həsrət Cəfərov (67 kq) finalda mübarizə aparacaq. 

O, həlledici görüşdə iranlı Səid Esmaili ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 7 medal var. Ülvi Qənizadə (72 kq) dünya çempionu adını qazanıb. Giorgi Meşvildişvili (125 kq) gümüş, Eldəniz Əzizli (55 kq), Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq) və Murad Əhmədiyev isə (92 kq) bürünc medal qazanıb.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью