Dünya çempionatı: İngiltərə Ukraynanı böyük hesabla məğlub edib

21.05.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 21 may, AZƏRTAC

Bakıda minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, C qrupunda Ukrayna və İngiltərə yığmaları üz-üzə gəlib. Milli Gimnastika Arenasında reallaşan görüş ingilislərin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha əvvəl keçirilən görüşlərdə Portuqaliya Bolqarıstanı (3:1), Fransa Çadı (1:0) məğlub edib, Türkiyə millisi isə Macarıstanla heç-heçəyə razılaşıb – 1:1.

Qeyd edək ki, bu gün daha 3 matç baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью