Dünya Çempionatı: İspaniya finalda VİDEO

15.07.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında ilk finalçı bəlli olub.
Bizim.Media xəbər verir ki, yarımfinalda Fransa yığmasını 2:0 hesabı ilə məğlub edən İspaniya millisi həlledici görüşə vəsiqə qazanıb.
Hesabı 22-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Mikel Oyarsabal açıb. Digər qolu isə 58-ci dəqiqədə Pedro Porro vurub.
İspaniya millisinin finaldakı rəqibi Argentina - İngiltərə oyununun qalibi olacaq. Qarşılaşma bu gün saat 23:00-da keçiriləcək.
Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью