Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

19.06.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 19 iyun, AZƏRTAC

Futbol üzrə dünya çempionatında ikinci turun oyunları keçirilir.

AZƏRTAC xəbər verir ki, B qrupunda İsveçrə Bosniya və Herseqovina ilə qarşılaşıb.

Görüş İsveçrə yığmasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İsveçrədə Ruben Varqas, Joan Manzanbi (2 qol), Qranit Caka, Bosniyada isə Ermin Mahmiç fərqlənib.

Hazırda İsveçrə 4 xalla turnir cədvəlinə başçılıq edir. Bosniya və Herseqovina isə 1 xalla üçüncü yerdədir.

Müxbir - Cavid Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью