Dünya çempionatı: Mərakeş Fransanı məğlub edib finala yüksəldi

16.10.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Çində keçirən futbol üzrə gənclər arasında dünya çempionatının finalına Argentina və Mərakeş milli komandaları yüksəlib.

Oxu.Az xəbər verir ki, yarımfinalda Argentina Kolumbiyanı 1:0 hesabı ilə məğlub edib.

Mərakeş və Fransa yığmalarının oyununda əsas vaxtda qalib müəyyənləşməyib (1:1). Penaltilər seriyasında ərəblər güclü rəqiblərini üstələyərək (5:4) finala vəsiqə qazanıblar.

Final oyunu oktyabrın 20-də baş tutacaq. Oktyabrın 18-də isə Kolumbiya və Fransa üçüncü yer uğrunda görüşdə qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью