Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 22 iyun, AZƏRTAC
Futbol üzrə dünya çempionatında ikinci turun oyunları keçirilir.
AZƏRTAC xəbər verir ki, J qrupunda Argentina Avstriya ilə qarşılaşıb.
Dallas stadionunda keçirilən görüş Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hər iki qolu Lionel Messi vurub.
Bununla da, xallarını 6-ya çatdıran Argentina dünya çempionatında növbəti mərhələyə yüksəlib.
Müxbir - Cavid Əliyev