Dünya çempionatı: Millimiz böyük hesabla qalib gəldi

23.05.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Azərbaycanın minifutbol üzrə millisi dünya çempionatında ilk qələbəsini qazanıb.

Axar.az xəbər verir ki, A qrupunda yer alan yığma Milli Gimnastika Arenasında Sloveniya yığması ilə qarşılaşıb.

Görüş Elşad Quliyevin rəhbərlik etdiyi kollektivin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan qrupdakı ilk matçında Bəhreynlə, Sloveniya isə Mavritaniya ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью