Dünya çempionatı: Millimizin rəqibləri bəlli oldu

19.06.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün İsveçrənin Nyon şəhərində 2028-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsinin püşkü atılıb.

Apasport.az xəbər verir ki, 36 komanda hər birində 3 iştirakçı olmaqla 3 qrupa bölünüb.

İkinci səbətdə yer alan millimizin Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya ilə qarşılaşmayacağı məlum idi.

Püşkün nəticəsinə əsasən, komandamız 12-ci qrupda Çexiya və Latviya yığmaları ilə qarşılaşacaq.

Onlar ev-səfər prinsipi ilə keçiriləcək.

12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 “ikinci” elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq.

Naxçıvanda “Heydər Əliyev Kuboku” uğrunda ənənəvi futzal turniri keçiriləcək  Millimiz Bosniya və Herseqovinaya qalib gəlib Milli komandamızın Avropa çempionatına hazırlığı davam edir Millimiz Belarus yığması ilə qarşılaşacaq Azərbaycanın badminton məşqçiləri beynəlxalq kurslarda iştirak edirlər
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью