Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 13 iyun, AZƏRTAC
Neymar Braziliya millisinin dünya çempionatının Mərakeşlə keçiriləcək birinci tur matçını buraxacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti məlumat verib.
O, 34 yaşlı hücumçunun sağalma prosesində olduğunu və gələn həftə komandaya qoşulacağını bildirib.
C qrupunda yer alan Braziliya millisi Mərakeşlə iyunun 14-də üz-üzə gələcək.
Müxbir – Cavid Əliyev