Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli (63 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında finala vəsiqə qazanıb
Bakıvaxtı.az-ın məlumatına görə, idmançı yarımfinalda Sergey Yemelinlə (Rusiya) dueldən qalib ayrılıb.
O, qızıl medal uğrunda qarşılaşmada Karen Aslanyanla (Ermənistan) üz-üzə gələcək.
Bu gün Həsrət Cəfərov (67 kq) yarımfinalda Səid Esmaeili (İran) ilə görüşəcək.
Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.