Dünya çempionatı: Norveç qələbə qazanıb

17.06.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 iyun, AZƏRTAC

Futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, qrup mərhələsi matçında Norveç İraqı 4:1 hesabı ilə məğlub edib.

Norveçin heyətində Erlinq Holann (29, 43), Leo Estiqor (76) və Kristian Torstvedt (90+7) fərqləniblər. İraq komandasından isə Ayman Hüseyn (39) qol vurub.

J qrupunda saat 05:00-da Argentina Əlcəzairlə münasibətlərini aydınlaşdıracaq.

Saat 08:00-da isə eyni qrupda Avstriya İordaniya ilə oynayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью