Dünya Çempionatı: Orxan Həbibli qələbə ilə başladı

27.07.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib.

Apasport.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsnifat mərhələsində Çexiya təmsilçisi Qaspar Sançezlə qarşılaşıb.

Həbibli görüşü inamlı keçirərək rəqibini 8:0 hesabı ilə məğlub edib və növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, Bakıda davam edən U-17 dünya çempionatına avqustun 2-si yekun vurulacaq.

Hacı Əliyev: “Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm” Dünya çempionatının biletləri satışa çıxarılıb Güləşçimizdən Budapeştdə qızıl medal Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatına rekord sayda iştirakçı qatılacaq Azərbaycan güləşçiləri Budapeştdə ilin son reytinq turnirində çıxış edəcəklər
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью