Dünya çempionatı: Qadınlardan ibarət Azərbaycan millisi finalda

23.11.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında bu gün final görüşünə çıxacaq.

Apasport.az xəbər verir ki, milli Beynəlxalq Şahmat Federasiyasının (FIDE) komandası ilə üz-üzə gələcək.

Yekunda qalib bəlli olmasa, komandalar taybrekdə münasibətlərə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.

Şahmat millimiz dünya çempionatında daha iki görüş keçirəcək “Gəncə Open” şahmat festivalına yekun vurulub - FOTO Şahmatçılarımız dünya çempionatında mübarizəyə başlayır Azərbaycan millisi dünya çempionatında iştirak edəcək Azərbaycanlı hakim FIDE-nin elit siyahısında
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью