Dünya çempionatı Qətər son dəqiqə qolu ilə xilas oldu

14.06.2026

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Futbol üzrə dünya çempionatının qrup mərhələsində Qətər və İsveçrə milli komandaları üz-üzə gəlib.

Adalet.az xəbər verir ki, B qrupunun qarşılaşmasında hesabı 17-ci dəqiqədə Brel Embolo penalti zərbəsi ilə açaraq İsveçrəni önə keçirib.

Qətər isə məğlubiyyətdən oyunun əlavə edilmiş vaxtında xilas olub.

Belə ki, 90+4-cü dəqiqədə Bualem Xuhi fərqlənərək hesabı bərabərləşdirib.

Beləliklə, tərəflər meydandan 1:1 hesablı heç-heçə ilə ayrılıblar.

*** 13.06.2026 / 23:27

Futbol üzrə dünya çempionatının Qətər - İsveçrə oyunu start götürüb.

Adalet.az xəbər verir ki, B qrupunun matçı "San Francisco Bay Area" stadionunda keçirilir.

B qrupunun matçında avropalılar hesabda irəli çıxıblar. 17-ci dəqiqədə Brel Embolo penalti zərbəsini dəqiq yerinə yetirib.

Qarşılaşmanı honduraslı FIFA referisi Said Martines idarə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью