Dünya çempionatı tarixinin ən ikonik 10 anı VİDEO

07.06.2026

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Goal.com saytı Dünya çempionatının ən ikonik on anının siyahısını tərtib edib.

Lent.az-ın məlumatına görə, siyahıya Argentina millisinin futbolçusu Dieqo Maradonanın 1986-cı il Dünya çempionatının dörddəbir finalında İngiltərəyə qarşı vurduğu qol (2:1) başçılıq edir.

1. Maradonanın "Tanrının əli"

2. Lionel Messinin 2022-ci ildəki qələbəsi

3. 2006-cı il Dünya çempionatı finalında Zinəddin Zidanın Marko Materatsini başi ilə vurması

4. Maradonanın 1986-cı il Dünya çempionatının dörddəbir finalında İngiltərəyə qarşı vurduğu "Əsrin qolu"

5. 17 yaşlı Pelenin 1958-ci il Dünya çempionatındakı çıxışı

6. Roberto Baconun 1994-cü il Dünya çempionatı finalında Braziliya ilə oyunda penalti zərbəsini dəqiq yerinə yetirə bilməməsi

7. Braziliyanın 2014-cü il Dünya çempionatının yarımfinalında Almaniyaya 7:1 hesabı ilə məğlub olması

8. Roce Millanın 1990-cı il Dünya çempionatında rəqsi

9. Luis Suares 2010-cu il Dünya çempionatının dörddəbir finalında Qana ilə oyunda Uruqvayın qapısına gedən topu əli ilə uzaqlaşdırması

10. Maradonanın 1994-cü il Dünya çempionatında Yunanıstana qarşı qol vurduqdan və dopinq testindən keçə bilmədikdən sonra kamera qarşısında sevinci

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью