Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

10.06.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 10 iyun, AZƏRTAC

Futbol üzrə Türkiyə millisinin dünya çempionatında ilk oyununu idarə edəcək baş hakim açıqlanıb.

AZƏRTAC xəbər verir ki, D qrupunda Avstraliya ilə keçiriləcək görüş venesuelalı FIFA referisi Xesus Valensuelaya tapşırılıb.

İyunun 14-də Kanadanın Vankuver şəhərindəki “Bi-Si Pleys” arenada oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.

Türkiyə millisi D qrupunda növbəti oyunlarını iyunun 20-də Paraqvaya, 26-da isə ABŞ-yə qarşı keçirəcək.

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью