Dünya çempionatı üçün tarixi plan

08.03.2025

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2030-cu ildə keçiriləcək dünya çempionatında komanda sayı artırıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

FIFA dünya çempionatının 100 illiyi münasibəti ilə tarixi plan düşünür. Qurum İspaniya, Mərakeş, Portuqaliya, Argentina, Paraqvay və Uruqvayda keçiriləcək mundialda komanda sayının artırılması təklifini müzakirə edəcək.

Təklif qəbul edilsə, mundialda 64 komanda mübarizə aparacaq. Dünya çempionatı buna qədər 32 komanda ilə keçirildisə, növbəti ildən – DÇ-2026-dan bu say 48 olacaq. Bu mundiala ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью