Dünya çempionatı zamanı antidopinq qaydalarını pozan həndbolçu yarışlardan kənarlaşdırılıb

16.01.2025

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Beynəlxalq Dopinq Test Agentliyi (ITA) dünya çempionatı zamanı antidopinq qaydalarını pozduğuna görə portuqaliyalı həndbolçu Miqel Martinesi yarışlardan kənarlaşdırıb.

"Report" xəbər verir ki, bu barədə İTA-nın mətbuat xidməti məlumat yayıb.

Müsbət nəticə verən test Portuqaliyanın Çexiya yığması ilə görüşündən sonra götürülüb.

Qeyd edək ki, yanvarın 14-də start götürən mundial fevralın 2-dək davam edəcək. Matçlar Danimarka, Norveç və Xorvatiyada keçirilir.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью