Dünya çempionatına 71 ölkədən cüdoçular qeydiyyatdan keçib

20.05.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək cüdo üzrə dünya çempionatına artıq 71 ölkənin komandası iştirak üçün müraciət edib.

İdman.biz xəbər verir ki, hazırda ən geniş heyət 18 idmançı ilə təmsil olunacaq İtaliyaya məxsusdur.

Daha sonra isə Fransa, Almaniya və Cənubi Koreya (+100 kq) gəlir.

Bu arada, bir sıra yığmalar hələ heyətlərini açıqlamayıblar. Yarışın ev sahibi olan Macarıstan, həmçinin Yaponiya, Braziliya, Monqolustan və bir çox digər ölkələr isə hələ qeydiyyatdan keçməyiblər.

Azərbaycan yığmasının heyəti də İspaniyanın Benidorm şəhərindəki təlim-məşq toplanışından sonra müəyyənləşəcək.

Qeyd edək ki, cüdo mundialı iyunun 13-19-da keçiriləcək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью