Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün baş tutacaq UEFA Superkubokunun final matçına somalili hakim təyin edilib.
AZXEBER.COM xəbər verir ki, bu gün PSJ ilə "Aston Villa” klubları üz-üzə gələcək.
Salzburgda baş tutacaq görüşü somalili FIFA referisi Omar Artan idarə edəcək.
Artanın təyinatı UEFA Superkuboku tarixində əlamətdar hadisə hesab olunur. O, turnirin finalını idarə edəcək ilk qeyri-avropalı hakim olacaq.
Xatırladaq ki, Omar Artan azarkeşlərə Dünya Çempionatı öncəsindən tanışdır. Belə ki, onun ABŞ vizası var olmasına baxmayaraq, 2026-cı ilin iyununda Dünya Çempionatında hakimlik etmək üçün Mayamiyə gəldikdə ABŞ sərhəd rəsmiləri onun ölkəyə girişinə icazə verməmişdilər.
ABŞ Daxili Təhlükəsizlik Departamenti bunu "yoxlama ilə bağlı narahatlıqlar”la əsaslandırmışdı.