Dünya çempionatına həsr olunan “Legends Cup” keçirilib VİDEO

19.05.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Bakıda minifutbol üzrə dünya çempionatına həsr olunan “Legends Cup” keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə ölkə futbolunun əfsanələri arasında matç baş tutub.

“Neftçi 2000-lər” və “Premyer Liqa məşqçiləri” arasında oynanılanq “Legends Cup” mayın 19-da Milli Gimnastika Arenasında keçirilib. Matçda Qurban Qurbanov, Zaur Tağızadə, Tərlan Əhmədov, Yunis Hüseynov, Mahmud Qurbanov Bəxtiyar Musayev, Hüseyn Məhəmmədov, kimi veteran futbolçular yer alıblar.

“Legends Cup” turnirini izləyənlər arasında Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş da olub.

Qeyd edək ki, Bakıdakı dünya çempionatı mayın 21-də start götürəcək və iyunun 1-də başa çatacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью