Dünya Çempionatına qatılacaq ilk komanda müəyyənləşib

20.03.2025

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Yaponiya millisi DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanıb.

Apasport.az xəbər verir ki, asiyalılar bu hüquqa yiyələnən ilk komanda olub.

Yaponlar seçmə mərhələnin VII turunda evdə Bəhreynlə qarşılaşıblar.

Onlar rəqiblərini 2:0 hesabı ilə məğlub etməklə vaxtından əvvəl dünya çempionatının əsas mərhələsində iştiraklarını rəsmiləşdiriblər.

Yaponiya yer aldığı C qrupunda 7 oyundan 19 xal toplamaqla minimum ikinci yeri özləri üçün təmin ediblər. “Gündoğar ölkə” təmsilçisi ən yaxın izləyicisi Avstraliyanı 9 xal qabaqlayır.

Qeyd edək ki, DÇ-2026-ya ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.

“Bavariya”nın keçmiş üzvü vəfat edib Niderland millisində ciddi itki Hansı oyun, hansı kanalda? “Çelsi”dən 2 yeni transfer “Fiorentina”nın forvardı İngiltərə yolunda
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью