Dünya çempionatına vəsiqə qazandıran məşqçi göndərildi

08.11.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

Dünya çempionatına vəsiqə qazandıran məşqçi göndərildi

Misir Futbol Assosiasiyası yığmanın baş məşqçisi Hüssam Həsənlə yollarını ayırıb.

QOL.az xəbər verir ki, qurumun məlumatına görə, onun vəzifəsinə Əli Maher təyin olunub. Qərar Assosiasiyanın İdarə Heyətinin iclasında qəbul edilib. Həsənin köməkçiləri və inzibati heyətin də səlahiyyətlərinə xitam verilib.

Assosiasiya bu qərarın son həftələrdə baş verən hadisələrin milli komandanın sabitliyinə və imicinə mənfi təsiri ilə bağlı olduğunu açıqlayıb.

Qeyd edək ki, Həsən 2024-cü ilin fevralından Misir millisinə rəhbərlik edirdi. Onun başçılığı altında komanda 2018-ci ildən sonra ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb və 1/8 finala yüksəlib. Misirlilər bu mərhələdə Argentinaya uduzublar.

Xatırladaq ki, bundan əvvəl Həsənin keçmiş həyat yoldaşı ilə yaşadığı ictimai münaqişəyə görə Misirin Ali Media Tənzimləmə Şurası onun mediada çıxışına qadağa qoymuşdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью