Dünya çempionatında 15 şahmatçımız mübarizə aparacaq

05.12.2024

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 26-31-i aralığında ABŞ-ın Nyu York şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatında Azərbaycanın 15 şahmatçısı mübarizə aparacaq.
Bizim.Media xəbər verir ki, bu barədə yarışın rəsmi saytında bildirilib.
Kişilər arasında Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Vasif Durarbəyli, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Read Səmədov və Vüqar Manafov çıxış edəcəklər.


Qadınlardan isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova uğur qazanmağa çalışacaqlar.
Qeyd edək ki, dünya çempionatı üçün 300 şahmatçı qeydiyyatdan keçib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью