futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
FIFA U-17 dünya çempionatında tarixi hesab qeydə alınıb.
Futbolpress.az xəbər verir ki, İspaniya yığması Ficini 15:0 hesabıyla məğlub edib. “Buğalar”ın heyətində 15 yaşlı Rafael Krus 5 qolla diqqət çəkib.
Bu, mundiallar tarixinin ən böyük hesablı ikinci nəticəsidir.
Birinci isə Mərakeş – Yeni Kaledoniya matçına aiddir. Bu görüşdə mərakeşlilər 16:0-a qalib gəlib.
FIFA U-17-yə 2027-ci ildə Azərbaycan və Özbəkistan ev sahibliyi edəcək.