Dünya çempionatında ABŞ İsveçrə finalı

24.05.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Hokkey üzrə dünya çempionatının finalçıları bəlli olub.

İdman.biz xəbər verir ki, həlledici oyunda ABŞ və İsveçrə yığmaları üz-üzə gələcəklər.

Amerikalılar yarımfinalda meydan sahibləri İsveçi məğlub ediblər. ABŞ millisi 6:2 hesabı ilə qalib gəlib.

Mərhələnin digər matçı da məhsuldar alınıb. İsveçrə çempionatın sürprizi Danimarkanın qapısından 7 cavabsız top keçirib. "Saatlar ölkəsi" hokkeyçiləri ardıcıl ikinci mundialda finala yüksəliblər. Ötən il onlar qızıl uğrunda matçda Çexiyaya uduzmuşdular.

Qeyd edək ki, final görüşü sabah keçiriləcək.

Dünya çempionatı

1/2 final
24 may

İsveç - ABŞ - 2:6
İsveçrə - Danimarka - 7:0

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью