Dünya çempionatında Azərbaycanı 11 boksçu təmsil edəcək

30.11.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

3-13 dekabr aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı 11 boksçu təmsil edəcək.

Apasport.az xəbər verir ki, yarışa 120-dən çox ölkə qatılacaq.

Azərbaycan komandasının heyətində Sübhan Mamedov (48 kq), Nicat Hüseynov (51 kq), Zəlimxan Süleymanov (54 kq), Ümid Rüstəmov (57 kq), Məhəmmədəli Aşurəliyev (60 kq), Maqsud Xasmetov (63,5 kq), Zaur Qəhrəmanov (67 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Səfərov (80 kq), Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) rinqə çıxacaqlar.

Mundialda Fuad Aslanovla Rövşən Qədirov hakimlər sırasında yer alacaqlar. Milli komandaya rəhbərliyi isə Azərbaycan Boks Federasiyası İdarə Heyətinin üzvü Rövşən Hüseynov edəcək.

2 boksçumuz Avropa çempionatında 1/4 finala yüksəlib İki boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb Millimiz Avropa çempionatında 11 boksçu ilə təmsil olunacaq Boksçularımız İslamiadanı 6 medalla başa vurublar Səidcəmşid Cəfərov İslamiadada qızıl medal qazanıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью