dünya çempionatında Azərbaycanı dörd hakim təmsil edəcək

25.07.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək U17 dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər müəyyənləşib.

Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq mundialda ölkəmizdən 4 referi ədaləti qoruyacaq.

Bunlar I-S kateqoriyalı hakim Sədi Quliyev, həmçinin I kateqoriyalı referilər Kamran Əliyev, Əli Babayev və Zaur Şərifovdur.

Qeyd edək ki, U17 dünya çempionatının görüşlərini ümumilikdə 68 hakim idarə edəcək.

Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatına rekord sayda iştirakçı qatılacaq Azərbaycan güləşçiləri Budapeştdə ilin son reytinq turnirində çıxış edəcəklər Dünya çempionatının loqosu təsdiqlənib AÇ: Sərbəst güləşçilərimizdən TARİXİ UĞUR AÇ: Hacı Kərimovdan qızıl medal
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью