Dünya çempionatında Azərbaycanı təmsil edəcək boksçular

07.03.2025

Icma.az, Qol.az saytına istinadən bildirir.

Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatı keçiriləcək.

QOL.az xəbər verir ki, martın 8-16-da keçiriləcək mundailda Azərbaycan millisi də mübarizə aparacaq.

Yığmanın baş məşqçisi İlkin Ağayev yarışda Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq), Emili Rzayeva (70 kq) və Aynur Rzayevaya (+81 kq) şans verəcək.

Dünya çempionatına bir gün öncə yollanan millimiz martın 17-də Bakıya qayıdacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью