Dünya çempionatında daha 3 boksçumuz qələbə qazanıb | Icma.az
Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 3 idmançısı qələbə qazanıb.
Zəlimxan Süleymanov (54 kq) 1/16 finalda Kxaya Sonqve (Esvatini) ilə döyüşüb.
Boksçumuz rəqibini 5:0 (30:26, 30:25, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edib.
O, növbəti qarşılaşmasında Rafael Losanonu (İspaniya) sınağa çəkəcək. Məhəmmədəli Aşurəliyev (60 kq) daha bir mərhələ adlayıb.
O, ikinci görüşündə Raşid Mrema (Tanzaniya) ilə mübarizə aparmalı olsa da, rəqib rinqə çıxmayıb.
Aşurəliyev 1/8 finalda Enrike Kakulovla (İspaniya) gücünü yoxlayacaq. Cəidcəmşid Cəfərov (75 kq) da debütünü qələbə ilə başa vurub.
Tam oxu
Xəbəri oxu