Dünya çempionatında gərgin ssenari: ABŞ İran ehtimalı

09.06.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

2026-cı il Dünya Çempionatında maraqlı ssenari ortaya çıxa bilər.
Apasport.az xəbər verir ki, ABŞ və İran milliləri qruplarını ikinci pillədə başa vursalar, 1/16 final mərhələsində üz-üzə gələcəklər.
Belə ki, turnir cədvəlinə əsasən, D qrupunun ikincisi ilə G qrupunun ikincisi pley-offun ilk mərhələsində rəqib olacaq.
Qruplarda ilk iki yeri tutan komandalarla yanaşı, ən yaxşı nəticəyə malik 8 üçüncü yer sahibi də 1/16 finala yüksələcək.

ABŞ D qrupunda Paraqvay, Avstraliya və Türkiyə ilə mübarizə aparacaq. İran isə G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşacaq.
Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Çempionatında ümumilikdə 48 komanda iştirak edəcək.

“Çelsi” qapıçı axtarışında – Hədəfdə Mayk Menyan Mançini geri dönə bilər – İtaliya millisində məşqçi axtarışı “Feyenoord” istəyir – Qlazner “Milan”ı gözləyir Aziz Yıldırım rəsmən işə başlayır – Mandat mərasimi çərşənbə günü "Real"ın yeni hədəfi: Perez "Atletiko"nun ulduzunu istəyir
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью