Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 17 noyabr, AZƏRTAC
Noyabrın 18-dən 27-dək Venesuelanın paytaxtı Karakasda 20 yaşadək şahmatçılar arasında dünya çempionatı keçiriləcək.
Bu barədə AZƏRTAC-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Ölkəmizi bu mötəbər yarışda Avropa (U-14) və dünya (U-16) çempionatlarının qalibi Xaqan Əhməd və Lalə Hüseynova təmsil edəcəklər.