Dünya çempionatında ilk ələnən 5 komanda rəsmiləşdi

24.06.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında mübarizəni dayandıran komandaların sayı 5-ə çatıb.

Moderator.az xəbər verir ki, bu, Panama yığmasının qrup mərhələsinin II turunda Xorvatiyaya 0:1 hesabı ilə məğlub olmasından sonra rəsmiləşib.

Bu nəticədən sonra Panama millisi turnirdə ardıcıl ikinci məğlubiyyətini alaraq pley-offa yüksəlmək şansını itirib.

Beləliklə, Panama DÇ-2026 ilə vaxtından əvvəl vidalaşan beşinci komanda olub. Bundan əvvəl Türkiyə, Tunis, Haiti və İordaniya yığmaları da qrup mərhələsini keçmək şanslarını itirmişdilər. Həmin komandaların hamısının aktivində 0 xal var.

Qeyd edək ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью