Dünya çempionatında ilk qızılımız | Icma.az
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq. Serbiyanın Novi Sad şəhərində güləş üzrə U23 dünya çempionatı davam edir.
Azərbaycan təmsilçisi Ziya Babaşov (63 kq) dünən finalda moldovalı Vitali Yeryomenkoya 6:3 hesabı ilə qalib gələrək dünya çempionu tituluna yiyələnib.
Davud Məmmədov (77 kq) debütdə macarıstanlı Levente Levaya 0:5 hesabı ilə məğlub olub.
Laçın Vəliyev (87 kq) dünən təsəlliverici görüşlərin ikisində qalib gəlsə də, bürünc medal uğrunda son qarşılaşmada amerikalı Payton Yakobsona 3:5 hesabı ilə məğlub olaraq mundialı 5-ci pillədə başa vurub.
Ayxan Mərdanov (130 kq) isə 1/4 finalda rusiyalı Aleksandr Melexovla bacarmayıb – 0:9.
İkinci yarış günündə Elmir Əliyev (55 kq) yarımfinalda iranlı Armin Şamsipurhacını “tuş”la yolundan kənarlaşdırıb.
Əliyev bu gün finalda rusiyalı Alibek Amirovla güləşəcək. Fəraim Mustafayev (67 kq) 1/4 finalda belaruslu Qleb Makarankaya minimal fərqlə (3
Ruslan Nurullayev (72 kq) yarımfinala vəsiqə uğrunda mübarizədə iranlı İman Məhəmmədiyə məğlub olub – 3:5.
Tam oxu
Xəbəri oxu