Dünya çempionatında iştirak etməyəcək

06.03.2026

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Rodriqo Qoes böyük bəxtsizliklə üzləşib.

"Football-plus.az" xəbər verir ki, “Real”ın cinah hücumçusu La Liqanın 26-cı turunun “Xetafe” ilə matçında (0:1) zədələnib. Braziliyalı futbolçu zədə almasına baxmayaraq qarşılaşmanı sonadək tamamlaya bilib. O, 55-ci dəqiqədə meydana daxil olmuş və final fitinə qədər mübarizə aparıb.
“Marca” nəşrinin yaydığı məlumata görə, tibbi müayinədən keçən futbolçunun dizində çarpaz bağların qırıldığı məlum olub. 25 yaşlı hücumçu Rodriqo həm cari mövsümün qalan hissəsini, həm də DÇ-2026-nı buraxacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью