Dünya çempionatında iştirak etməyəcək

13.06.2026

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Niderland yığmasının dünya çempionatı üçün iştirak ərizəsində dəyişiklik edilib.

"Football-plus.az" xəbər verir ki, Yurryen Timber səhhətindəki problemlə əlaqədar turnirdə iştirak etməyəcək. “Arsenal”ın müdafiəçisinin qasıq nahiyəsindəki zədəsi tam sağalmayıb. 24 yaşlı futbolçu bu səbəbdən milli komandanın düşərgəsini tərk edib. Timberin yerinə “Sanderlend”in müdafiəçisi Lyutsxarel Geertröyda yığmaya çağırılıb.
Timber son mövsümdə “Arsenal”ın heyətində keçirdiyi 44 oyunda 4 qolun və 7 məhsuldar ötürmənin müəllifi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью