Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
İdman.biz xəbər verir ki, iyunun 13-20-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək.
Milli komandamızın üzvləri performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar.
Laslo Papp İdman Arenasında keçiriləcək dünya çempionatında fərdi mübarizələr iyunun 13-19-da, qarışıq komanda yarışı isə 20 iyunda baş tutacaq.
Dünya çempionatına yollanacaq heyət Kişilər 60 kq Əhməd Yusifov 66 kq Ruslan Paşayev 73 kq Hidayət Heydərov Rəşid Məmmədəliyev 81 kq Zelim Tçkayev 90 kq Elcan Hacıyev Vüqar Talıbov 100 kq Zelim Kotsoyev +100 kq Uşanqi Kokauri Qadınlar 48 kq Leyla Əliyeva Könül Əliyeva 52 kq Gültac Məmmədəliyeva 57 kq Fidan Əlizadə Qarışıq komanda yarışı 70 kq Aytac Qardaşxanlı Günel Həsənli İdman.biz Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.