futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İspaniyalı hücumçu Alvaro Morata açıqlama verib.
Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu milli komandanın dünya çempionatı üçün heyətində yer almamasını şərh edib:
“Qərarla razıyam. Dünya çempionatında oynamağa layiq olmadım. Ümid edirəm ki, bir gün yenidən yığmaya qayıda biləcəyəm”.
Morata başa çatan mövsümdə “Komo” formasıyla 26 oyuna çıxıb və qol vura bilməyib. O, müqavilə ilə “Milan”a məxsusdur.