Dünya çempionatında qol rekordu

19.06.2026

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

DÇ-2026-da ilk turun oyunlarına 75 qol vurulub ki, bu da orta hesabla hər matça 3,13 top deməkdir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu nəticə qol sayı baxımından dünya çempionatlarının tarixində rekorddur. Lakin bu, daha çox oyun sayının artması ilə əlaqədardır.

Hər oyunda orta hesabda 3,13 qol vurulması isə dünya çempionatları tarixində XXI əsrin rekordudur. Buna qədər yalnız bir dəfə - 1958-ci ildə ilk turda orta hesabla qol sayı 3,13-dən çox olub.

Qeyd edək ki, bu, sayca 23-cü dünya çempionatıdır. Mundiala ABŞ, Kanada və Meksika ev sahibliyi edir.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью