Dünya çempionatında sensasiya: Norveç Braziliyanı mübarizədən kənarlaşdırıb

06.07.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 6 iyul, AZƏRTAC

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, Braziliya millisi Norveçlə qarşılaşıb. Nyu-Yorkdakı "MetLayf" stadionunda oynanılan görüş Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Norveçin heyətində hər iki qolu Erlinq Holann vurub. "Sambaçılar"ın qoluna isə penaltidən Neymar fərqlənib.

Bununla da Braziliya millisi mundialda mübarizəni dayandırıb. Norveç isə 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Norveç növbəti raundda İngiltərə - Meksika cütünün qalibi ilə qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью