Dünya çempionatında son 20 ilin ən sürətli dublu

20.06.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

Brayn Brobbi 2026 dünya çempionatında İsveçə qarşı oyunda parlaq çıxışı ilə diqqət çəkib.

Sportal.az xəbər verir ki, Niderland millisinin hücumçusu qarşılaşmanın 5-ci və 17-ci dəqiqələrində fərqlənərək komandasını erkən hesabla önə keçirib.

Bu, dünya çempionatlarında son 20 ilin ən sürətli dubllarından biri hesab olunur. Sonuncu belə göstərici 2006-cı ildə qeydə alınmışdı. Həmin vaxt Lukas Podolski də İsveçə qarşı matçda 12-ci dəqiqəyədək iki qol vurmuşdu.

24 yaşlı Brobbi üçün bu performans xüsusilə əlamətdardır. Çünki oyundan əvvəl onun Niderland millisində 13 matçda cəmi 1 qolu var idi. İsveçlə qarşılaşmada vurduğu iki qol isə milli komandadakı ümumi qol sayını bir anda üçə yüksəldib.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью