Dünya çempionatında yarımfinalçılar müəyyənləşdi U 17

22.11.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

Dünya çempionatında yarımfinalçılar müəyyənləşdi - U-17

Qətərdə keçirilən 17 yaşadək futbolçular arasında dünya çempionatında 1/4 final mərhələsinin oyunları keçirilib. 

QOL.az xəbər verir ki, baş tutan 4 qarşılaşmadan sonra mundialda yarımfinalçılar müəyyənləşib. 

Avstriya Yaponiyanı, İtaliya isə Burkina Fasonu 1:0 hesabı ilə məğlub edib. 

Portuqaliya İsveçrədən üstün olub - 2:0. 

Sonuncu yarımfinalçı isə Mərakeşə 2:1 hesabı ilə qalib gələn Braziliya yığması olub. 

Beləliklə, yarımfinalda Portuqaliya Braziliya ilə, İtaliya isə Avstriya ilə üz-üzə gələcək. 

Hər iki görüş noyabrın 24-də keçiriləcək.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью