Dünya çempionatını buraxacaq

18.03.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Monako”nun müdafiəçisi Vandersonun aqibəti məlum olub.

"Football-plus.az" xəbər verir ki, Braziliya yığmasının 24 yaşlı futbolçusu zədə aldığı sol budundan əməliyyat olunub. Onun ən azı 3 ay yaşıl meydanlarda kənarda qalacağı gözlənilir.
Fransa mənbələrinin məlumatına görə, Vanderson DÇ-2026-da Braziliya yığmasına kömək edə bilməyəcək. O, 3 aydan sonra zədəsini sağaltsa belə, oyun praktikasının azlığı və bərpa prosesi baxımından milli komandaya çağırılmayacaq.
Vanderson 2023-cü ildən Braziliya yığmasına dəvət alır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью