Dünya Çempionatının bombardirləri İlk “5 lik”

02.07.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ, Kanada və Meksikada davam edən futbol üzrə Dünya Çempionatında bombardirlər siyahısına hələ ki Fransa millisinin hücumçusu Kilian Mbappe başçılıq edir.

Modern.az xəbər verir ki, Mbappenin hesabında 6 qol və qolla nəticələnmiş 2 ötürmə var.
2-ci yerdə gələn Argentina millisinin kapitanı Lionel Messi də 6 qol vurub. Amma onun qol ötürməsi yoxdur.
Rəqib qapılarından 5 top keçirən Norveç yığmasının hücumçusu Erlinq Holann və eyni sayda qolu olan İngiltərə millisinin kapitanı Harri Keyn 3-cü və 4-cü yerləri bölüşdürürlər.
Hesabında 4 qol və 2 ötürmə olan fransalı Usman Dembele də ilk “5-lik”də yer alır.

1. Kilian Mbappe (Fransa) – 6 qol, 2 ötürmə
2. Lionel Messi (Argentina) – 6 qol
3. Harri Keyn (İngiltərə) – 5 qol
4. Erlinq Haaland (Norveç) – 5 qol
5. Usman Dembele (Fransa) – 4 qol, 2 ötürmə

Xatırladaq ki, Dünya Çempionatın sonunda ən çox qol vuran futbolçuya “Qızıl buts” mükafatı veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью