Dünya çempionatının ən yaxşıları

14.07.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Klublararası dünya çempionatının ən yaxşı futbolçuları müəyyənləşib.

QOL.az xəbər verir ki, turnirin ən yaxşı oyunçusu adına "Çelsi"nin futbolçusu Kol Palmerlayiq görülüb. O, ötən gecə final matçında PSJ-nin qapısına 2 qol vurub və 1 məhsuldar ötürmə verib. 23 yaşlı yarımmüdafiəçi yarışda ümumilikdə 3 qol və 2 məsuldar ötürmə ilə yadda qalıb.

PSJ-dən Desire Duai isə çempionatın ən yaxşı gənc oyunçusu seçilib. 20 yaşlı cinah oyunçusu 7 matçda 1 qol vurub.

"Çelsi "nin futbolçusu Robert Sançes turnirin ən yaxşı qapıçısı olub. 27 yaşlı ispaniyalı 6 oyuna çıxıb, 3 matçda qapısını toxunulmaz saxlayıb. 

Qeyd edək ki, turnirin qalibi adını "Çelsi" qazanıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью